Açiq mənbələrdən foto.
Müdafiə Xətti: 83 gündür aclıq edən jurnalsitin hüquqları təmin edilməldiir
Bakı/26.01.21/Turan: “Azərbaycan hökumətini Əfqan Sadıqovun hüquqlarını təmin etməyə, onun ittiham edilməsinə səbəb olan hadisənin sifarişli, qurama, təhrikçi olduğuna xüsusi diqqət yetirməyə, jurnalistin tənqidçi yazılarından irəli gəldiyini nəzərə almağa, jurnalistin pozulmuş hüquqlarını bərpa etməyə, onun ədalətli mühakimə hüququnu tam təmin etməyə çağırırıq”. Bu barədə Müdafiə Xətti hüquq-müdafiə təşjkilatının bu gün, yanvarın 26-da 83 gündür həbsxanada aclıq edən jurnalist Əfqan Sadıqovla bağlı bəyanatında deyilir.
2020-ci il noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq 7 il azadlıqdan məhrum edib. Sadıqov hökmü qanunsuz və sifarişli sayaraq ondan şikayət verib. Apellyasiya şikayətinə baxış ötən ilin dekabrında başlanıb və məhkəmə bir neçə dəfə təxirə salınıb. Sonuncu dəfə Sumqayıt Apellyasiya Məhkəməsi şikayətə yanvarın 28-də baxılacağını bildirib.
Jurnalist məhkəmənin hökmünə etiraz olaraq 2020-ci il noyabrın 3-də məhkəmə zalında aclığa başladığını elan edib. O, artıq 83 gündür aclıq edir.
Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova jurnalistin yanvarın 21-də komaya düşdüyünü və aparata qoşulduğunu, bədəninə süni yolla qidalandırıcı maddələrin yeridildiyini bildirib.
Yanvarın 25-də Ombudsmanın (İnsan Hüquqları üzrə Müvəkkil) tapşırığı əsasında Sadıqovla görüşən Milli Preventiv Qrupun (MPQ) üzvü Vüqar Heydərov “Amerikanın Səsi”nə bildirib ki, Sadıqov koma durumunda deyil, amma çox zəifləmiş durumdadır və aclıq aksiyasını davam etdirir.
Ombudsman Aparatı rəsmi intenet saytında jurnalistin fotosunu da yayıb. Sadıqov həbsdən əvvəlki fotoları ilə müqayisədə həddən artıq çəki titirib. Həyat yoldaşının dediyinə görə, o, 30 kiloqramdan çox çəki itirib.
Müdfafiə Xətti bildirir ki, jurnalsitin səhhəti ilə bağlı yaranmış təhlükəli durumdan dərin narahatlıq keçirir.
“Sadıqovun kəskin tənqid hədəflərindən biri olan, həbsinin əsas sifarişçisi saydığı Sumqayıt şəhər İcra Hakimiyəti başçısı Zakir Fərəcovun Sumqayıt şəhərinin hüquq-mühafizə, istintaq, eləcə də məhkəmələrinə böyük təsir imkanlarına malik olduğu hüquq müdafiəçilərində şübhə doğurmur. Təsadüfi deyil ki, hüquq müdafiə təşkilatları Əfqan Sadıqovun jurnalist fəaliyyətinin, vəzifəli şəxsləri tənqid edən fəaliyyətinə görə təzyiqlərin, hüquq pozuntularının qurbanı olduğunu əsas gətirərək, onu siyasi məhbus hesab edirlər”, deyə Müdafiə Xətti qeyd edir. -03-
-
- Cəmiyyət
- 26 Yanvar 2021 11:21
-
- İqtisadiyyat
- 26 Yanvar 2021 12:18
Cəmiyyət
-
"ToplumTV işi" adlandırılan cinayət işi üzrə təqsirləndirilən şəxslərin ittihamının ağırlaşdırıldığı, istintaqın artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Həmin cinayət işinə "Toplum" İnternet Televiziyasının, Demokratik Təşəbbüslər İnstitutunun, habelə III Respublika Platforması təşəbbüsünün bəzi əməkdaş və təmsilçilərinin həbsi daxildir. Müdafiə tərəfinin məlumatina görə, onlara Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi olmadan işçilərin cəlb edilməsi), 192.3.2 ( küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda), 206.4 (mütəşəkkil dəstənin qaçaqmalçılığı) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma ) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Əvvəlki ittihamlarla şəxslərə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
-
Çərşənbə axşamı hava dəyişkən olacaq, yağıntı olmayacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 6+9 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:50
- 363
Rəy yaz