
Bakı/09.05.20/Turan: Mayın 7-də Cəlilabad rayonunun Qarakazımlı kəndi yaxınlığında sərhədçilər gizli saxlanc yerindən bağlama götürməyə çalışan yerli sakin Daxil Zamanovu saxlayıblar. "Dayan!" əmrindən sonra Zamanov qaçmağa çalıb, amma saxlanılıb. Ondan müsadirə edilən bağlamaya baxış zamanı 2 kq 10 qr heroin aşkar edilib.
Azərbaycan Sərhəd Xidmətinin mətbuat xidmətinin məlumatına görə, Zamanov hadisə yerinə "Jiquli" avtomobili ilə gəlib. D.Zamanovun sərhədçilər tərəfindən tutulmasını müşahidə edən avtomobilin sürücüsü xidmətdə olan sərhəd naryadına avtomobil ilə xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış şəxsin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyinin Cəlilabad rayon polis şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonunun ərasində saxlanılıb. Saxlanılan şəxsin 1987-ci il təvəllüdlü Süleymanov Vasif Fədail oğlu olması və əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.
Narkotik qaçaqmalçıları saxlanılıb, istintaq aparılır. -02D-
Rəy yaz