Nazirlik müşahidə-axtarış fazasına keçib
İtkin neftçilərin axtarışında Fövqəladə Hallar Nazirliyi aktiv fazadan müşahidə-axtarış fazasına keçib. Bu xəbəri FHN yayıb.
Xəbərdə “Günəşli” yatağındakı 10 saylı platformadakı qəza və yanğın, neftçilərin itkin düşməsi haqda nazirliyin Xəzəryanı ölkələrin uyğun qurumları məlumatlandırdığı qeyd olunur. Bununla yanaşı, aviasiya dəstəsinə aid helikopterlərin mütəmadi müşahidə axtarış işləri apardığı nəzərə çatdırılır.
“İtkin düşmüş neftçilərlə bağlı dənizdə aşkar edilən hər-hansı diqqət çəkən predmet aşkar edildikdə dərhal müvafiq tədbirlər görülür. Bütün yuxarıda göstərilən işlər nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən koordinasiya edilir”, deyə nazirliyin açqılamasında qeyd edilir.
Qeyd edək ki, 2015-ci il “Günəşli” yatağındakı 10 saylı platformada baş verən yanğın zamanı 34 nəfər xilas edilib, 7 nəfərin meyiti dərhal tapılıb. Daha sonra axtarış nəticəsində müəyyən fasilələrlə daha 7 meyit aşkar edilib. Hazırda 16 nəfər itkin düşmüş sayılır. İtkin düşmüş neftçilərin ailə üzvləri neftçilərin axtarışlarının intensiv aparılmaması ilə bağlı dəfələrlə Dövlət Neft Şirkəti, Prezident Aparatı və Fövəqladə Hallar Nazirliyi önündə etiraz aksiyası keçiriblər. -05D-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz