Rauf Mirqədirovun apellyasiya şikayətinə baxılması təxirə salınıb
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayətinə baxılması baş tutmayıb.
Hakim Abid Abdinbəyob bunu müdafiə tərəfin fevralın 18-dən etibarən bir ay ərzində Apellyasiya Məhkəməsinin hazırlıq iclasının müdafiə tərəfin vəsatətlərini təmin etməyən qərarından şikayət vermək hüququna malik olması ilə əsaslandırıb. Bu səbəbdən hakim bugünki iclası martın 18-nə qədər təxirə salıb.
Rauf Mirqədirov 2014-cü ilin aprelində dövlətə xəyanət ittihamı ilə həbs edilib.
Ötən ilin dekabrında o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist ittihamları təkzib edir. Onun həmkarları hesab edirlər ki, Mirqədirov uydurma ittihamla təqib olunur. -06D-
-
- İqtisadiyyat
- 3 Mart 2016 15:14
-
- Cəmiyyət
- 3 Mart 2016 16:54
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz