Hesablama Palatası xəbərdarlıq edir
Hesablama Palatasının Kollegiya növbəti kollegiya iclasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında və Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində büdcənin icrası müzakirə edilib.
Yoxlamaların sonunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tövsiyələr edilib, Vergilər İdarəsində auditin nəticələri isə parlamentə göndərilib. Vergilər İdarəsində bir sıra parametrlər üzrə proqnozların tam icra olunmadığı, bəzi hallarda vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunmadığı, həmçinin vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilib.
Hesablama Palatası iri vergi ödəyicilərinin rentabellik səviyyəsinin azalmasına inanmır və borcların artmasının qarşısının alınması məqsədilə vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunmasını tövsiyə edir.
Hesablama Palatası 7 dekabr 2001-ci ildə yaradılıb.
Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir.
“İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir. 17D—
İqtisadiyyat
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
-
Azərbaycanın dövlətə məxsus enerji şirkəti SOCAR, Avropaya tədarük marşrutlarını şaxələndirmək məqsədilə beynəlxalq qaz layihələrində iştirakını gücləndirir. 2025-ci ilin yanvar ayında şirkət İsrailin Tamar qaz yatağının 10%-lik payını əldə etdi. Bu yataq təxminən 300 milyard kubmetr (bcm) təbii qaz ehtiyatına malikdir və nəhəng Leviathan yatağının yaxınlığında yerləşir. Tamar, Aralıq dənizinin şərq hissəsindən qaz ixracını genişləndirmək üçün əsas mənbə hesab olunur.
Rəy yaz