Nəqliyyat vasitələrini 20 günə texniki baxışdan keçirməyənlər 50 manat cərimələnəcək
Bakı/22.10.18/Turan: Nəqliyyat vasitələrinin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti aradan qaldırılıb. Bu barədə baş nazir Novruz Məmmədov oktyabrın 18-də "Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə" qərara imzaladığı dəyişiklikdə deyilir.
Bu il oktyabrın 18-dək mövcud olan əsasnamənin tələblərinə görə, mexaniki nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ardıcıllığı belə idi:
- "VAZ" , "Qaz", "Moskviç", "ZAZ", "UAZ" və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 1 yanvardan 1 maya qədər;
- Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 1 maydan 1 avqusta qədər;
- Yük avtomobilləri və avtobuslar üçün: 1 sentyabrdan 31 oktyabra qədər.
Nazirlər Kabinetinin yeni qərarı ilə bu müddətlər ləğv edilib. Yeni qaydaya görə, bütün nəqliyyat vasitələri əvvəlki tarixdə texniki baxışdan keçdiyi vaxtdan növbəti müddətdə 20 gün ərzində texniki baxışdan keçirilməlidir. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olacaq. Belə ki, 20 gün müddətində nəqliyyat vasitəsi texniki baxışdan keçməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 339.1-1. (nəqliyyat vasitəsini "Yol hərəkəti haqqında" qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə) maddəsi ilə müəyyən edilmiş 50 manat məbləğində cərimə ödəməli olacaqlar.
"Yol hərəkəti haqqında" qanununa görə. traktorlar, meşə və kənd təsərrüfatında istifadə edilən mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri - ildə bir dəfə;
Fiziki şəxslərin istifadəsində olan avtomobillər, - istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışdan keçməlidir.
Yeni dəyişkiliyə görə, Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı barədə talon elektron qaydada veriləcək.-03B-
-
- Siyasət
- 22 Oktyabr 2018 14:12
-
- Söz istəyirəm
- 22 Oktyabr 2018 15:35
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz