Джон Болтон
Con Bolton Moskvada danışıqlara başlayıb
Moksva/22.10.18/Turan: Bazar ertəsi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Moskvaya iki günlük işgüzar səfəri başlayıb.
Rusiya KİV-lərinin məlumatına görə, bütün məsləhətləşmələrin əsas mövzusu orta məsafəli raketlər haqqında müqavilənin gələcəyidir. Boltonu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, RF prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov və XİN başçısı Sergey Lavrov qəbul edəcək.
Şənbə günü Donald Tramp Vaşinqtonun hələ 1987-ci ildə imzalanmış bu sazişdən imtina etmək planlarını təsdiq edib.
Xatırladaq ki, Bolton Moskvadan Bakıya gələcək. Azərbaycan hakimiyyəti hələlik qarşıda duran səfəri və qarşıda duran danışıqların mövzusunu şərh etmir. -02D-
-
- Böyük Şərq
- 22 Oktyabr 2018 14:07
-
- Cəmiyyət
- 22 Oktyabr 2018 15:06
Siyasət
-
Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Nərimanov Rayon Məhkəməsinin iqtisadçı və siyastəçi Qubad İbadoğlunun bütün əmlakının üzərinə həbs qoyulması barədə qərardadından verilən şikayəti təmin etməyib.
-
Bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru səlahiyyətlərini müvəqqəti icra edəcəyini açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
-
ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Rusiya təcavüzünə qarşı daimi hərbi yardım müqabilində Ukraynadan nadir torpaq elementləri və digər məhsulların tədarükü haqqında sövdələşmə bağlamaq istəyərdi, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Nicat İbrahimov barəsində ittiham aktı oxunub. Prokurorun iddiasına görə, İbrahim Bəhman Əliyev adlı bir şəxsə bıçaq xəsarəti yetirib. İbrahim ittihamları təkzib edib və heç kimi bıçaqlamadığını bildirib.
Rəy yaz