Oqtay Gülalıyevin vəziyyəti kritik olaraq qalır
Bakı/07.11.19/Turan: Oqtay Gülalıyevin vəziyyəti ağır və kritik olaraq qalır. O, komadan ayılmayıb.
Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Füruzə Gülalıyeva Turan-a bildirib.
“Oqtayın dünən təyyarə ilə Bakıdan İstanbula gətirilməsi zamanı onun səhhətində hər hansı dəyişiklik olmayıb. Vəziyyəti Azərbaycanda necə ağır idisə, elə də qalır, koma vəziyyətindədir. Həkimlər əllərindən gələni edirlər. Dünən süni nəfəs borusunu traxeya borusuna (nəfəs borusu) yerləşdirdilər. Həkimlər əllərindəın gələni edirlər, amma onun sağalması, ayağa qalxması ilə bağlı söz verə bilmirlər. Son durumu ağır və kritik olaraq qalır”, deyə o qeyd edib.
Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.
Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.
Oktyabrın 30-da fəal baş beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olarsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir.
Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. -03B-
-
- Maliyyə
- 7 Noyabr 2019 13:02
-
- İqtisadiyyat
- 7 Noyabr 2019 13:35
Cəmiyyət
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
Rəy yaz