Polis “Müsəlman Birliyi” Hərəkatının anım tədbirini pozub
Bakı/27.11.19/Turan: Ötən gün polis 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həlak olmuş “Müsəlman Birliyi” Hərəkatı üzvlərinin xatirəsini anmaq üçün Maştağa qəsəbəsindəki fərdi evlərdən birində keçirilən tədbiri pozub.
Quran oxunduqdan sonra ehsan verilməsi başlayarkən polis əməkdaşları evə daxil olublar və tədbiri dayandırmağı tələb ediblər.
“Müsəlman Birliyi” Hərəkatının üzvləri qarşıdurmaya yol verməmək üçün yeri tərk ediblər, - Hərəkatın məlumatında bildirilib.
“Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımlı və ev sahibi bu gün saat 10:00-da Sabunçu Rayon Polis İdarəsinə çağırılıblar.
Saat 11:30-a yaxın izahat aldıqdan sonra onları buraxıblar
E.Qasımlının sözlərinə görə, onlara bildiriblər ki, bu cür tədbirlərin keçirilməsinə “icazə verimir”.
Ev sahibinə isə xəbərdarlıq ediblər ki, belə hal təkrarlanarsa, ona qarşı cinayət işi açılacaq.
Xatırladaq ki, 2015-cı il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə və onun bir qrup tərəfdaşı həbs edilib. İki polis əməkdaşı və Hərəkatın 4 üzvü həlak olub.—06D-
-
- Cəmiyyət
- 27 Noyabr 2019 12:40
-
- İqtisadiyyat
- 27 Noyabr 2019 12:59
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz