![Polislər özünü dənizə atan qızı xilas ediblər](https://turan.az/resized/media/2019/main/112700023299-750-500-resize.webp)
Polislər özünü dənizə atan qızı xilas ediblər
Bakı/27.11.19/Turan: Polis əməkdaşları özünü dənizə atan yeniyetmə qızı xilas ediblər. Hadisə noyabrın 26-da saat 11:00-a yaxın “«Bakı Ağ Şəhər Bulvarı” ərazisində baş verib. Bu barədə Bakı prokurorluğu məlumat yayıb.
Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində qız dənizdən çıxarılıb. Polis əməkdaşları onu Şəhər Kliniki Tibbi Mərkəzinə aparıblar. Qızın vəziyyəti normaldır.
Fakt üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. —06D-
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz