Açiq mənbələrdən foto.
Prokuror “İŞİD-in maliyyələşdirilməsi” işi üzrə təqsirləndirilənlərin uzun müddətə mühakimə olunmalarını istəyir
Bakı/27.04.21/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorizmin maliyyələşdirilməsində ittiham olunan bir qrup şəxsin işi üzrə prosesdə prokurorun yekun çıxışı olub. Dövlət ittihamçısı müttəhimlərin 9 ildən 18 ilədək müddətə cəzalandırılmasını təklif edib.
Məsələn, prokuror Samir Qurbanovun 18, Amin Həsənovun 17, Əflatun Bayramovun 16, Babək Məmmədlinin və Tehran Qasımovun 15, Cavid Əmənovun 14, Elgün İsmayılovun 10, Ələddin İbişovun 9,5, Yusif İmanovun, Orxan Qurbanovun, Şəhriyar Cabbarovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Təqsirləndirilən şəxslərin məhkəmənin qarşısına toplaşmış qohumları prokurorun çıxışını etirazla qarşılayıblar. Onların sözlərinə görə, təqsirləndirilən şəxslər artıq 2 aydır ki, əsassız hesab etdikləri cinayət təqibinə etiraz olaraq aclıq keçirirlər.
Növbəti məhkəmə iclası mayın 4-nə təyin edilib.
Bu iş üzrə keçənlər: Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il öncə Suriyada müharibədə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak ittihamı ilə həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması), 167-3.1-ci (dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi), 214 (terrorçuluq) və 218-ci (cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.
Məhkəmə prosesi 2020-ci ilin fevralında başlayıb, lakin pandemiyaya görə proses uzun müddət dayandırılıb.
Proses bu il bərpa olunub və iclasların birində müttəhimlər əsassız həbsə etiraz edərək özlərinə kəskin xəsarətlər yetiriblər.–30B-
-
- Foto sessiyalar
- 27 Aprel 2021 14:34
Cəmiyyət
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 177
-
- Bazarların icmalı,
- 14:22
- 186
Rəy yaz