Prokuror məktəb direktorunun azadlığının 2,5 il müddətinə məhdudlaşdırılmasını istəyir
Bakı/16.10.19/Turan: Oktyabrın 16-da Bakının 162 saylı məktəbinin şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı iş üzrə məhkəmədə dövlət ittihamçısının yekun çıxışı olub.
Prokuror təqsirləndirilən şəxs - məktəbin keçmiş direktoru Sevinc Abbasovanın azadlığının 2,5 il müddətinə məhdudlaşdırılması və 3 il ərzində müəllimliklə məşğul olmasının və təhsil müəssisələrində vəzifə tutmasının qadağan edilməsi barədə hökm verməyi təklif edib.
İclasdan sonra zərərçəkmiş tərəfin vəkilləri bildiriblər ki, dövlət ittihamçısının təklifi ilə razı deyillər, belə ki, cəza çox yüngül və insan ölümünə gətirib çıxaran cinayət əməlinə adekvat deyil. Bu cəza növü məhkuma müəyyən qadağalar qoyur, amma azadlıqdan tamamilə məhrumetməni nəzərdə tutmur.
Növbəti məhkəmə iclası 18 oktyabr saat 10.30-a təyin edilib.
* 2019-cu il aprelin 4-də məktəb şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə cinayət işi açılıb.
Sonradan məktəbin direktoru Sevinc Abbasova məsuliyyətə cəlb edilib. Ona qarşı CM-in 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Amma 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə heç kim məsuliyyətə cəlb edilməyib. -30D-
-
- İqtisadiyyat
- 16 Oktyabr 2019 13:11
-
- Maliyyə
- 16 Oktyabr 2019 13:22
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz