Prokurorluq birdən-birə Fuad Qəhrəmanlının ailəsini �qorumaq� qərarına gəlib
Bakı/16.10.19/Turan: Ölkənin Baş Prokurorluğu birdən-birə sosial-şəbəkələrdə AXCP sədr müavini Fuad Qəhrəmanlının ailə üzvlərinin onu məişət zorakılığında ittiham etməsi ilə bağlı nəşrlərə reaksiya vermək qərarına gəlib.
Baş Prokurorluğun bununla bağlı məlumatında deyilir ki, həyat yoldaşı Zümrüd Qəhrəmanlının sözlərinə görə, 2010-cu ildə əri qızı Sanayın dizini qırıb, 2013-cü ildə isə onun barmağını qırıb.
Yetkinlik yaşına çatmamış və köməksiz şəxsə qarşı törədilmiş cinayətin xarakterini nəzərə alaraq, cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən prokurorluq müvafiq araşdırma aparıb.
Bakı Kliniki Tibb Mərkəzinin qeydiyyat jurnalından görünür ki, Sanay Qəhrəmanlı 2010-cu ilin yanvarında sağ dizində çatlaqla mərkəzə daxil olub. Ətraflı araşdırma məqsədilə Baş Prokurorluq 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələrlə cinayət işi açıb. Araşdırma Abşeron rayon prokurorluğuna həvalə edilib (cinayətin törədildiyi yer).
Qeyd edək ki, hələ oktyabrın 1-də Qəhrəmanlının həyat yoldaşı baş prokuror Zakir Qaralovun ona və qızına qarşı zorakılıq haqqında bəyanatını təkzib edib.
"Mən QHT-lərin və Zakir Qaralovun fırıldaqları barədə geniş şərh vermək niyyətindəyəm. Həmçinin, yaxın günlərdə "bandotdel"də (DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi) işgəncələrin araşdırılmasına başlamaq xahişi ilə Zakir Qaralova müraciət edəcəyəm. Məni və qızımı qorumağa niyyətlənən QHT-ləri isə xahişimi dəstəkləməyə çağıracağam", deyə facebook səhifəsində yazan Yağmur ərindən hüquq-mühafizə orqanlarına şikayət etmək niyyətində olmadığına eyham edib. -06D-
-
- İqtisadiyyat
- 16 Oktyabr 2019 13:45
-
- Siyasət
- 16 Oktyabr 2019 14:29
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz