Огтай Гюлалыев
Prokurorluq Oqtay Gülalıyevi dindirib
Bakı/20.06.17/Turan: Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün üç saata yaxın Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib.
Hüquq müdafiəçisi dindirmədən çıxdıqdan sonra Turan-a bildirib ki, onu mayın sonlarında qaçaqmalçılıq ittihamı ilə həbs edilmiş Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının işi üzrə dindiriblər.
"Amma istintaq bununla kifayətlənməyib. Mənə Bayramlının cinayət işindən kənar suallar da verilib", deyə Gülalıyev bildirib.
İstintaq DQMŞ-nin fəaliyyəti və Gülalıyevin hüquq müdafiə işi ilə də maraqlanıb.
Ondan istintaq sirrinin yayılmaması haqqında iltizam alınıb və buna görə o, ətraflı şərh verə bilməyib. -06D-
-
- Cəmiyyət
- 20 İyun 2017 13:26
-
- İqtisadiyyat
- 20 İyun 2017 14:29
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz