Rüfət Səfərovun məhkəməsi təxirə salınıb
Bakı/20.06.17/Turan: Bu gün Ali Məhkəmədə Zərdab rayon Prokurorluğunun həbsdə olan sabiq müstəntiqi Rüfət Səfərovun Şirvan Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda hakim bildirib ki, məhkəmə R.Səfərovun prosesdə iştirakının təmin edilməsi barədə qərar çıxarıb. Lakin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti R.Səfərovun məhkəməyə gətirilməsini təmin etməyib.
Prosesdə həmçinin məlum olub ki, R.Səfərovun digər vəkilləri - Yalçın İmanov və Fariz Namazlı prosesdə iştirak edə bilmirlər. Buna görə də məhkəmə prosesi iyulun 11-nə təyin edilib.
2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.
Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.
2016-cı il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib. -16D-
-
- Cəmiyyət
- 20 İyun 2017 13:52
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz