Bakı/11.01.19/Turan: Gürcüstanın ardınca Ermənistanda da "donuz qripi" (H1N1) ilə bağlı ölüm hadisəsi qeydə alınıb. Bu barədə bu gün ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda qripə yoluxanların sayı 1200 nəfəri keçib. Onların 700-ü xəstəxanaya yerləşdirilib.
Bundan öncə Gürcüstanın Səhiyyə Nazirliyi ilin əvvəlindən 15 nəfərin "donuz qripi"ndən öldüyünü bildirib.
Gürcüstanın baş nazirinin qərarı ilə qripə qarşı "Tamiflyu" preparatı ölkə vətəndaşlarına pulsuz veriləcək.
Bundan əlavə, qrip ilə bağlı təxirəsalınmaz ambulator müalicə hamı üçün pulsuz olacaq.
"Xəstələyin artdığı dönəmdə yanvarın 12-dən təxirəsalınmaz ambulatoriyanın maliyyələşdirilməsini dövlət öz üzərinə götürür", - Gürcüstanın Səhiyyə Nazirliyi bildirib.
Azərbaycan hakimiyyəti bildirir ki, ölkə ərazisində bir qrip virusu yoxdur və potensial xəstələrin müalicəsi üçün tədbirlər görülür. Lakin hazırda profilaktik tədbirlər Gürcüstandan Azərbaycana gələn nəqliyyata baxışdan ibarətdir.
Nəzərə alsaq ki, Azərbaycan vətəndaşları ən çox Gürcüstana səfər edirlər, virusun yayılma riskinin dərəcəsini təsəvvür etmək çətin deyil.
Analoji vəziyyət Türkiyədə də yaranıb, ölkədə "donuz qripi" xəstəliyi halları qeydə alınıb.-02D-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz