Luiz Muşikavabo
BFT-in yeni rəhbəri vəzifəsinin icrasına başladı
Bakı/11.01.19/Turan: 2019-cu il yanvarın 3-də Ruandanın Xarici İşlər Nazirliyinin və Beynəlxalq əməkdaşlığın keçmiş rəhbəri Luiz Muşikavabo, Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Baş katibi vəzifəsinə 4 il müddətinə təyin edilib. Yeni katibin təyin olunması fransız dilli ölkələrin Parisdə yerləşən Beynəlxalq Təşkilatının qərargahında baş tutmuşdur. Bu barədə Fransanın Azərbaycanda ki səfirliyi xəbər yayıb.
"Mən BFT-nin komandası ilə görüşü çox səbirsizliklə gözləyirdim və əminəm ki, biz Frankofoniya dövlət başçılarının prioritetlərinə effektiv şəkildə cavab vermək üçün həmrəylik və daimi dialoq ruhunda çalışmağa davam edəcəyik ", - xanım Muşikivabo öz çıxışında bildirdi.
Luiz Muşikivabo dünyanın fransız dilli ölkələrinin beynəlxalq əməkdaşlıq üzrə təşkilatının Baş katibi vəzifəsini tutan dördüncü şəxsdir. Onun sələfləri müxtəlif illərdə Mikaella Jan (2015-2018), Abdu Diuf (2003-2014) və Butros Butros-Gali (1998-2002) olublar.
BFT 88 dövləti və hökuməti birləşdirir. Bunlardan 54 ölkə, 7 assosiativ üzv və 27 müşahidəçi ölkədir.
"Frankofoniya" yalnız beş qitədə yaşayan, 300 milyon insanı bir araya gətirən bir anlayış deyil. XX-ci əsrin ilk onilliklərində fransız dilli insanların sayının artması ilə əlaqədar ümumi bir dil məkanının mövcudluğunun dərk edilməsi yaranıb. O vaxtdan bəri frankofonlar müxtəlif qruplarda cəmləşməyə başladılar. Bunlar fransız dilində yazan müəlliflər, alimlər, jurnalistlər, hüquqşünaslar, sahibkarlar, QHT nümayəndələri və əlbəttə ki, müəllimlərin peşəkar icmalarıdır. BFT-yə qoşulmaq üçün əsas meyar müəyyən bir ölkənin əhalisinin fransız dilində danışması deyil, Fransa ilə əlverişli bağların qurulmasıdır. Bunlar qarşılıqlı mədəni mübadilə, insan hüquqlarına hörmət prinsiplərinə riayət və gender bərabərliyinə kömək edən əlaqələrdir.
-
- Cəmiyyət
- 11 Yanvar 2019 17:33
Dünyada
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
-
Ukraynada müharibənin 2022-ci ildə başlanmasından bəri Gürcüstanın Avropaya neft ixracı 15 dəfə artıb, lakin Rusiya dəniz və dəmir yolu vasitəsilə ölkənin ən böyük neft tədarükçüsü olaraq qalır. Bununla belə, Gürcüstana idxal edilən Rusiya nefti ölkənin rəsmi statistikasında qeydə alınmır. Bu barədə yanvarın 22-də Gürcüstanın iFact media qurumu tərəfindən dərc edilən araşdırma hesabatında bildirilir.
-
İsveçdə Quran nüsxələrini yandıraraq mübahisələrə səbəb olan iraqlı xristian qaçqını Salvan Momikanın ölümündən cəmi bir neçə gün sonra Danimarkanın ultra-sağçı siyasətçisi Rasmus Paludan yenidən İslamın müqəddəs kitabını təhqir edib.
Rəy yaz