Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib (YENİLƏNİB-Foto)
Bakı Ağır Cinayətlər Məhkəməsi bazar ertəsi jurnalist Rauf Mirqədirovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, jurnalist Ermənistanın xeyrinə casusluqda ittiham olunur və prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Lakin Mirəqdirov vicdan məhbusu kimi tanınıb, çünki onun həbsinin əsl səbəbi hakimiyyətin ictimaiyyəti Mirqədirovun da layihələrində iştirak etdiyi hüquq müdafiəçisi Leyla Yunusun casusluq və zərərverici fəaliyyətinə inandırmaq cəhdidir.
İttiham aktına əsasən, məhz Leyla Yunus və həyat yoldaşı Arif Rauf Mirqədirovu erməni casusu kimi “cəlb ediblər”.
Lakin Yunuslar barədə dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb və onlar iqtisadi ittihamlarla mühakimə ediliblər, sonradan isə cəza şərti cəzailə əvəz edilib. -03В-
2015 Dekabr 28 (Bazar ertəsi) 14:11:39
Bazar ertəsi səhər Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə hökmün oxunması gözlənilirdi. Lakin son anda bu, saat 16:30-a keçirilib. Səbəblər məlum deyil.
Xatırladaq ki, jurnalist Ermənistanın xeyrinə casusluqda ittiham olunur və prokuror onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Lakin R.Mirqədirov vicdan məhbusu kimi tanınıb və onun həbsinin əsl səbəbi hakimiyyətin hüquq müdafiəçisi Leyla Yunusun zərərli fəaliyyətinə ictimaiyyəti inandırmaq cəhdidir.
İttihama görə, məhz Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Rauf Mirqədirovu erməni casusu kimi “ələ alıblar”.
Lakin Yunuslar cütlüyünün barəsində həbs qətimkan tədbiri dəyişdirilib və hazırda onlar evdədir. -02В-
-
- Siyasət
- 28 Dekabr 2015 16:56
-
- İqtisadiyyat
- 28 Dekabr 2015 17:25
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz