Zərərçəkmiş AXCP rəhbərinin müşavirinə qarşı şikayətdən imtina edib
Bakının Nərimanov rayon məhkəməsində bu gün xuliqanlıqda ittiham olunan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimə qarşı cinayət işinə baxılmasına başlayıb.
Əvvəlcə ittiham aktı elan edilib. Daha sonra zərərçəkmiş Mikayıl Quliyev çıxış edib, o, noyabrın 29-da İbrahimin metronun “Nəriman Nərimanov” stansiyası yaxınlığında onu “təhqir etdiyini, daha sonra isə vurduğunu” iddia edib.
Lakin müdafiə tərəfi Quliyevin bu ifadələri ilə istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyətlər olduğuna diqqət çəkib. Xüsusən, o, şahidlərin sayı, habelə münaqişənin mühüm təfsilatı ilə bağlı məsələlərdə çaşbaş qalıb.
Məhkəmə-tibb ekspertizasının materiallarında da müdafiə tərəfi nöqsanlar aşkar edib.
Belə ki, sənədlərdə “təcili yardımın” Quliyevə yardım etməsinin dəlili yoxdur.
Müdafiə tərəfin bu iradlarına cavab olaraq Quliyev özünü ədəbsiz aparır və vəkili və müttəhimi təhqir edirdi. Hakim Turqay Hüseynov buna kifayət qədər dözümlü yanaşırdı.
Lakin fasilədən sonra Quliyev gözlənilmədən məhkəməyə yazılı ərizə yazaraq, İbrahimə qarşı iradlarından imtina edib.
Növbəti iclas yanvarın 11-nə təyin edilib.
Xatırladaq ki, İbrahimin həbsinə partiyanın keçmiş üzvü, təşkilatı AXCP sədrinin keçmiş müavini Razi Nurullayevlə birlikdə tərk etmiş Mikayıl Quliyevin şikayəti səbəb olub.
Sentyabrın 29-da onlar arasında münaqişə baş verib. AXCP-də hesab edirlər ki, İbrahimə qarşı partiyanın gözdən salınması məqsədilə təxribat törədilib.
İlkin olaraq, İbrahimə qarşı CM-in 1 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutan 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Sonradan istintaq keçmiş tarixlə iki “zərərçəkmiş” cəlb edib və ittihamı 221.2.2-ci maddəyə tövsif edib. Bu maddə üzrə o, 5 ilə qədər azadlıqdan məhrum edilə bilər. -06B-
Siyasət
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
-
Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
-
2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 39 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Yalnız 1 qərarda pozuntu müəyyən edilməyib.
-
Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 14 ərizəçinin müraciətləri üzrə 2 qərarı açıqlayıb, bu barədə https://aihmaz.org saytında məlumat yerləşdirilib.
Rəy yaz