İlqar Məmmədov
REAL Partiyasının lideri İlqar Məmmədov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
Bakı/22.05.19/Turan: REAL Partiyasının lideri İlqar Məmmədov bu gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. O, polisdə 20 dəqiqəyə yaxın qalıb.
İ.Məmmədov binadan çıxdıqdan sonra jurnalistlərə bildirib ki, ictimai təhlükəsizlik şöbəsinin rəisi Nurulla Məmmədxanovun qəbulunda olub.
Onun sözlərinə görə, görüş zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə REAL-ın mayın 28-nə planlaşdırdığı tədbirlərə toxunulub. İ.Məmmədov qeyd edib ki, yaxın vaxtlarda Real İdarə Heyəti vəziyyəti müzakirə edəcək və öz qərarını açıqlayacaq.
Bundan öncə partiya Bakının mərkəzində İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyəti obeliskinin önünə çiçək qoyacağını bildirib.
Bir il öncə REAL-ın analoji aksiyası Bakının mərkəzində kütləvi bayram yürüşünə çevrilmişdi. Lakin sonrakı günlərdə bəzi partiya fəalları inzibati qaydada həbs olunmuşdu, onlarla fəal polisə çağırılmışdı.-06D-
-
- Söz istəyirəm
- 22 May 2019 14:42
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz