Genrix Mxitaryanın Bakıda Avroliqa finalında iştirak edib-etməməsi ilə bağlı siyasi məsələ, deyəsən, Azərbaycanda ilk dəfə keçirilən bu səviyyədəki futbol maçının özünü ikinci plana keçirib.
Belə bir təəssürat yaranır ki, Azərbaycan tərəfi bütün səylərini Bakıda Mxitaryanın oyunda iştirakı üçün şərait olmadığı haqqında iddihamları rəf etməyə yönəldib.
Bütün bəyanatlara və verilmiş zəmanətlərə baxmayaraq, erməni futbolçu gəlməyə cəsarət etmədi, Bakı isə Ermənistanı tərəfi qərəzli təxribatda ittiham etməkdən o tərəfə keçmədi.
Amma, gəlin, başqa bir versiyanı və hadisələrin başqa gedişatını təsəvvür edək. Təsəvvür edin ki, rəsmi Bakı belə bir bəyanat verir:
1) Avropa Liqasının finalına bileti olan erməni soyadlı istənilən şəxs rahatca Bakıya gələ, vətəndaşı olduğu ölkədən asılı olmayarag, sadələşdirilmiş qaydada viza ala bilər.
2) Bu azarkeşlərin qarşılanması, yerləşdirilməsi və təhlükəsizliyi ilə bağlı məsələləri operativ şəkildə həll edəcək xüsusi komanda formalaşdırılacaq.
3) Azərbaycan hakimiyyəti matçı işıqlandırmaq üçün Matç-TV kanalının məşhur şərhçisi, keçmiş bakılı Nobel Arustamyanı, həmçinin keçmiş bakılı, "Neftçi" komandasının üzvü Eduard Markarovu ayrıca dəvət edir.
4) Bu azarkeşlər üçün tribunalarda xüsusi sektor ayrılacaq və mühafizələri təmin ediləcək.
Belə bir elan bəzilərinə macəra kimi görünə bilər, çoxları bunu "milli maraqların satılması" adlandırar.
Amma, gəlin, Bakıda Avropa Oyunları zamanı erməni əsilli Ukrayna idmançısının prezident İlham Əliyevin əlindən medal alması epizodunu yada salaq. Uğultu və fit səsləri ətrafı bürüdü, amma prezidentin əlini qaldırıb bir jest etməsi kifayət etdi ki, sakitlik yaransın. Və mühüm olan zalın susması deyil, ev sahibinin mövqeyini nümayiş etdirən jestin özü idi.
Mxitaryanın onsuz da gəlmək istəmədiyini və idmandan siyasi və ideoloji məqsədlər üçün istifadə edən ermənilərin nazı ilə oynamaga ehtiyac olmasını deyə bilərlər.
Amma ideoloji mübarizə aparırıqsa, onu cəsarətlə, qabaqlayaraq aparmalıyıq, özümüzə bəraət qazandırmağa və ya özümüzü müdafiə etməyə çalışmamalıyıq.
Hələlik isə jest etməyə, ev sahibinin mövqeyini göstərməyə və topu rəqib tərəfdə saxlamağa zamanımız var. -0-
-
- Maliyyə
- 22 May 2019 13:38
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz