�Sədərək� Ticarət Mərkəzinin sahibinin cərimədən azad edilməsi barədə qərar ləğv edilib
Bakı/24.07.19/Turan: "Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin Bakının Sahil qəsəbəsində Xəzər sahilindəki ərazini qanunsuz hasarladığına görə 5 min manat cərimə edilməsi məsələsinə Nəsimi Rayon Məhkəməsində yenidən baxılacaq. Bu qərarı bu gün Bakı Apellyasiya Məhkəməsi qəbul edib. Məhkəmə Əmlak Məsələləri Dövlət Komitəsinin şikayətini qismən təmin edib.
Ötən ilin avqustunda Əmlak Məsələləri Dövlət Komitəsi İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinə əsaslanaraq Xəzərin sahilboyu 20-50 metrlik zolağındakı torpaq sahələriylə bağlı tələbləri pozduğu üçün Y.Qədimbəylini 5 min manat cərimələyib.
Y.Qədimbəyli Dövlət Komitəsinin qərarından məhkəmə qaydasında şikayət verib. Ötən ay Nəsimi Rayon Məhkəməsi cəriməni ləğv edərək şikayəti təmin edib.
Dövlət Komitəsi apellyasiya verib.
Şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyilə baxılıb.
Dövlət Komitəsinin nümayəndəsi Cəmil Rəhimov deyib ki, qurum cərimənin ödənilməsinə israr edir.
Y.Qədimbəyli məhkəməyə nə özü gəlib, nə də nümayəndəsini göndərib.
Sonda Apellyasiya məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qərarını ləğv edib və işi yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarıb.-06d--
-
- İqtisadiyyat
- 24 İyul 2019 15:33
-
- İqtisadiyyat
- 24 İyul 2019 16:04
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz