Ruslan İzzətli
Siyasi fəal prokurorluqda ona xəbərdarlıq edildiyni bildirib
Bakı/29.07.22/Turan: İyulun 28-də siyasi fəal Ruslan İzzətli Baş Prokurorluğa çağırılaraq hərbiçilərin problemləri ilə bağlı yazdığına görə xəbərdarlıq edilib.
Ruslan İzzətli Turan-a bildirib ki, Baş Prokurorluğa çağırılmasının əsas səbəbi kimi iyunun 26-da facebook səhifəsində hərbiçilər və müharibə iştirakçılarının problemləri haqda yazdığı status göstərilib. Ona şifahi xəbərdarlıq edilib.
İzzətlinin fikrinncə, Baş Brokurorluğun xəbərdarlığı ifadə azadlığını pozur.
"Baş Prokurorluq bu xəbərdarlıqlarla sanki ölkədə senzuranı bərpa edir. Bu, birbaşa siysi təzyiqdir", deyə o bildirib.
Baş Prokurorluq Ruslan İzzətliyə xəbərdarlıq edilməsi barədə məlumat yaymayıb.
Baş Prokurorluq iyulun 27-də də sosial şəbəkələrdə orduda baş verən hadisələrlə bağlı paylaşım edən bir sıra şəxslərə xəbərdarlıq edib.
Hərbi bloger kimi tanınan Tofiq Şahmuradov isə ordu ilə bağlı yazılarına görə inzibati qaydada bir ay müddətinə həbs olunub.
Ruslan İzzətli 2013-2021-ci illərdə "D18" Hərəkatına rəhbərlik edib.
2021-ci ildə təşkilatın konfransında o, üçüncü dəfə sədrliyə namizəd olmayıb. Hazırda özünü müstəqil siyasətçi kimi təqdim edir. 03B06
-
- Siyasət
- 30 İyul 2022 11:49
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz