Antony Blinken and Sergey Lavrov
Blinken və Lavrov fevraldan etibarən ilk dəfə "açıq" müzakirələr aparıblar
Vaşinqton/30.07.22/Turan: ABŞ dövlət katibi Entoni Blinken cümə günü Rusiya XİN başçısı Sergey Lavrovla telefonla danışıb. 25 dəqiqə çəkən söhbət Ukraynaya qarşı təcavüzün başlamasından sonra ilk telefon söhbəti olub.
"Kremlin bizim Pol Uilan və Britni Qrinerin azad edilməsi haqqında təklifimizi qəbul etməsində israr etdim", deyə Blinken jurnalistlərə bildirib, amma Moskvanın bu təklifi qəbul etdiyindən əmin olmadığını deyib.
Ukraynaya gəlincə, Vaşinqton Rusiyanın Ukraynaya qarşı təcavüzə son qoymaq "istəyini" görmür.
Dövlət katibi həmçinin Moskva şərqi və cənubi Ukraynanın ilhaqı planlarını həyata keçirməyə davam edəcəyi təqdirdə bunun nəticələri haqqında Lavrova xəbərdarlıq etdiyini bildirib.
Blinkenin Lavrovla söhbət etdiyi gün Bayden administrasiyası Rusiyayönlü təbliğatın aparılmasına və ABŞ-dakı seçkilərə müdaxiləyə görə Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı əlavə sanksiyalar tətbiq edib.
"Bu fiziki və hüquqi şəxslər Birləşmiş Ştatları, onun müttəfiqlərini və tərəfdaşlarını, o cümlədən Ukraynanı manipulyasiya etmək və sabitliyi pozmaq cəhdlərində iştirak ediblər", deyə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.
Öz növbəsində, Ağ Ev cümə günü Ukrayna üçün növbəti - 17-ci hərbi yardım paketinin hazırlandığı barədə məlumat verib. Bu barədə jurnalistlərə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kibri bildirib. 0
-
- Cəmiyyət
- 30 İyul 2022 11:47
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz