Sökülən evin sakinləri adekvat kompensasiya tələb edirlər
Bakı/14.05.20/Turan: Paytaxtın mərkəzində Teymur Elçin küçəsi, ev 57 ünvanında (keçmiş Saraykin) beşmərtəbəli yaşayış binası ərazinin yenidən qurulmasına dair dövlət planı çərçivəsində sökülür. Adekvat kompensasiya tələb edən bəzi sakinlər bununla razılaşmırlar. Eyni zamanda onlar məhkəməyə müraciət edə bilmirlər, çünki vurusla əlaqədar karantinə görə bağlıdır.
Bina Abbas Ağayev dövlət başçısına ünvanladığı məktubda təklif olunan kompensasiyanın bazar qiymətinə uyğun olmadığından şikayətlənir.
Mayın 9-da A.Ağayev cavab alıb ki, göstərilən ərazidə yenidənqurma işləri dövlət planı və Nazirlər Kabinetinin 11. 12. 2019-cu il tarixli 784 nömrəli qərarına əsasən aparılır.
Sakinlər deyirlər ki, şifahi olaraq hər kvadrat metrə 2,5 min manat təklif olunur. Bu məbləğlə razılaşan sakinlər gediblər, Abbasovlar isə onlara ayrılan 120 min manatın analoji mənzil almaq üçün kifayət etməyini hesab edirlər.
Ekspertlər həmin yerdə (ev Prezident Administrasiyası və Nazirlər Kabinetinin yaxınlığındadır) qiyməti 3200 dəyərləndirirlər. Həmçinin onlara bildirirlər ki, ev qəzalı vəziyyətdədir, ancaq rəsmi sənədlər təqdim edilmir. Bakı İcra Hakimiyyəti isə bu sorğulara cavab vermir.-0-
-
- Foto sessiyalar
- 14 May 2020 14:31
-
- İqtisadiyyat
- 14 May 2020 14:50
Cəmiyyət
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. 118 dairə üzrə seçkilərdə 16 mindən çox namizəd iştirak etdi. Mərkəzi Seçki Komissiyasının (MSK) saytında artıq lider namizədlərin adları açıqlanıb. Seçkidən saatlar sonra isə MSK sədri Məzahir Pənahov brifinqdə bildirmişdi ki, 685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir, lider namizədlərin sayı 7 min 791 nəfərdir. Onun sözlərinə görə, bütün dairələrdə seçkilər normal keçib və rəhbərlik etdiyi quruma heç bir şikayət daxil olmayıb. Halbuki, müstəqil namizədlər və ekspertlər seçkilərin gedişatında pozuntuların olduğunu deyirlər.
-
Cümə günü paytaxtda hava dəyişkən olacaq, yağış gözlənilmir.Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 5 +7, gündüz müsbət 8 + 12 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Yanvarın 30-da Bakıda aydınlaşdırma ilə buludlu olacaq, gün ərzində Abşeron yarımadasında az yağıntı ola bilər. Külək cənub-şərq olacaq. Gecə havanın temperaturu +4 - dən +7c-ə, gündüz isə +8-dən +12C-ə qədər olacaq.havanın rütubəti 70-80% olacaq.
-
Azərbaycan hakimiyyəti keçmiş Rusiya hakimi Yelena Xaxalevanı Bakı Beynəlxalq Hava Limanında saxlayıb. Bu barədə məlumat Rusiyanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə təsdiqlənib. Saxlanılma xəbəri ilk olaraq Kommersant və İzvestiya tərəfindən mənbələrə istinadən yayımlanıb və daha sonra RIA Novosti və TASS vasitəsilə hüquq-mühafizə orqanlarından təsdiq alıb.
Rəy yaz