Telman İsmayılovun qardaşı qətl ittihamı ilə həbs olunub
RF-nin İstintaq Komitəsi ikinci cəhddə Azərbaycan əsilli biznesmen Telman İsmayılovun doğma qardaşını keçmiş tərəfdaşının qətlini təşkil etmək ittihamı ilə həbs edib. LİFE News-un bu gün yaydığı məlumata görə, söhbət 2016-cı ilin mayında biznesmenlər Vladimir Sakin və Yuri Brilyovun qətlindən gedir.
İstintaqın versiyasına görə, məşhur oliqarx Telman İsmayılovun doğma qardaşı Rafiq İsmayılov qətli öz həmyerlisi Mehman Kərimova sifariş edib. Amma sonuncu İsmayılovun heç bir günahı olmadığını iddia edir və bütün təqsiri öz üzərinə götürür.
İstintaq müəyyən edib ki, qətldən əvvəl Savkin bir neçə dəfə Mehman Kərimovla zəngləşib. Müşahidə kameralarının görüntüləri Kərimovun maşına minərək, onunla birlikdə getdiyini qeydə alıb. Bir müddət sonra o, maşında Savkini və Brilyovu güllələyib və onu təqib edən başqa maşına keçib.
Kərimovu 2 gün sonra tapıblar və saxlayıblar. O, Moskvada öz həmyerlisi, DİN Cinayət Axtarış Baş İdarəsinin keçmiş zabiti Vaqif İsmayılovun - Telman İsmayılovun digər qardaşının mənzilində gizlənirdi.
Araşdırma aparanların şübhələri özünü tamamilə doğruldub. Saxlanıldıqdan sonra Kərimov qətli etiraf edib. O, səbəb kimi 542 min dollar borcun qaytarılmamasını göstərib. İstintaq müəyyən edib ki, qətldən sonra Kərimovu götürən "Mercedes"in sükanı arxasında oliqarxın doğma qardaşı Rafiq İsmayılov olub. Mayın 18-də o, saxlanılıb, amma tezliklə sərbəst buraxılıb.
Amma istintaqın versiyasına görə, qətlin səbəbi Rafiq İsmayılovun Savkinə olan borcu olub. Vaxtilə Rafiq İsmayılov və Savkin Moskvada böyük ticarət-əyləncə kompleksinin sahibi idilər. İsmayılov ortaq biznesi satıb və pulu özünə götürüb, Savkinin 5,5 milyon dollar payını ona verməyib. Pulu qaytarmaq tələbi qətllə başa çatıb.
İstintaq hesab edir ki, Mehman Kərimov vasitəçi rolunu oynayıb və guya pulun qaytarılması haqqında razılaşmaq üçün görüşə gəlib.
Rafiq İsmayılov və Mehman Kərimova qarşı irəli sürülmüş "iki və daha artıq şəxsin öldürülməsi" ittihamı ilə hər ikisini ömürlük həbs cəzası gözləyir. -02D-
-
- İqtisadiyyat
- 21 Noyabr 2016 14:52
-
- Cəmiyyət
- 21 Noyabr 2016 15:31
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz