Faiq Əmirovun şikayəti təmin edilməyib
Noyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından verilmiş şikayət təmin edilməyib.
Noyabrın 11-də Bakının Nəsimi rayon Məhkəməsi prokurorluğun təqdimatı ilə Faiq Əmirovun həbs müddətini 2017-ci il yanvarın 12-dək uzadıb.
Faiq Əmirov bu il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.
F.Əmirov Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanı onu hazırda ABŞ-da yaşayan Fətullah Gülənin tərəfdarlarının "Hizmet" Hərəkatının imamı kimi təqdim edir.
Faiq Əmirov ittihamı qəbul etmir və siyasi sifariş sayır.
AXCP-nin bəyanatında deyilir ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fəthullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.
Vəkil Fəxrəddin Mehdiyev Turan-a bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı əsassızdır.
“İttihamın əsassız olduğunu, heç bir istintaq hərəkətinin aparılmadığını, eləcə də Faiq Əmirovun səhhətində ciddi problemlərin olduğunu məhkəmənin diqqətinə çatdırdım və onun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırdım. Hakim prokuror Səttar Rzayevin “şikayət təmin edilməsin” fikrini üstün tutaraq, Faiq Əmirovun həbsdə qalması barədə qərar verdi”, deyə vəkil qeyd edib.
Mehdiyev məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib. “Artıq Faiq Əmirovun həbsi ilə Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) pozulması barədə şikayətimizi bir həftə öncə Avropa İnsan Hüquqları Məhkəməsi icraata götürüb”, deyə vəkil bildirib. -03B-
-
- Cəmiyyət
- 21 Noyabr 2016 15:11
-
- İqtisadiyyat
- 21 Noyabr 2016 15:52
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz