İlham Əliyev TOTAL prezidentini qəbul edib
Bazar ertəsi dövlət başçısı İlham Əliyev Fransa neft şirkətinin prezidenti Patrik Puyaneni və onu müşaiyət edən şəxsləri qəbul edib.
Rəsmi məlumatda görüşün təfsilatı açıqlanmır.
Görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev və Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov da iştirak ediblər.
Göründüyü kimi, tərəflər Total-ın Azərbaycanda yeni energetika layihələrində iştirakı məsələlərini müzakirə edirlər. Fransanın ən böyük şirkətinin birinci şəxsinin Bakıya gəlişini başqa cür izah etmək çətindir. -02D-
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz