Üç dinin mərkəzi yaradılır
Üç avraamik din – yəhudi, xristianlıq və islam dinləri arasında qarşıdurmanın artmasından narahat olan tanınmış xadimlərdən ibarət qrup Qüds diskussiya klubunu yaratmaq qərarına gəlib.
Klubun yaradılmasının təşəbbüsçüləri dr. Pinxas (Pavel) Aronson (fizik, jurnalist), prof. dr. Çingiz Hüseynov (yazışı, filoloq-tekstoloq, Qurani-Kərimin araşdırmaçısı), dr. Zeyev İtsxar (həkim, publisit), dr. Uri Linesdir (Tövratın rus dilinə tərcüməçilərindən biri, şərhlərin redaktoru).
“İqtisadi, siyasi, milli, etnik, ideoloji və s. münaqişələrin əhəmiyyətini başa düşərək biz dini qarşıdırmanı ön yerə qoyuruq və bunu bəşəriyyətin mövcudluğuna artan təhlükəyə əsas səbəb kimi görürük”- , Qüds klubu təsisçilərinin müraciətində deyilir.
Bu problemin həllinə yanaşmalardan biri müxtəlif din təmsilçiləri, filosoflar, teoloqlar, ruhani iyerarxlar, siyasətçilər arasında mövqelərin yaxınlaşmasına, avraamik dinlərin ümumi kökünün – monoteizm prinsipinin tanınmasına əsaslanan sərbəst fikir mübadilələri üçün forumun yaradılmasdır.
Dünya əhalisinin 70%-i avraamik adlanan üç monoteist dinə aiddir.
Qüds Sülh və Sivilizasiya Mərkəzi Yer kürəsində yəhudilər, xristianlar və müsəlmanların tək olan Allaha ən kiçik yolunun buradan keçdiyi kiçik nöqtədir və insanlığın mənəvi birliyinin simvolu olmalı olan Qüds düşmənçilik, qanlı terror aktları və müharibələr ərazisinə çevrilib və təxirəsalınmaz müdafiəyə ehtiyacı var.
Bütün bunların günahı ondadır ki, dinlərin hər biri yalnız özünü ən mühüm, əsas və yeganə düzgün din hesab edir ki, nəticədə unutqanlıq, dünyanın böyük ehkamlarının siyasətinin xeyrinə saxtalaşdırmalar, insanlar arasında razılaşmalar, Allahın bəxş etdiyi üç səmavi kitabın - Tövrat, İncil və Qurani-Kərimin etik özəyini təşkil edən xeyirxah əməllərin törədilməsində çəkişmələr meydana gəlir.
Diskussiyaların keçirilməsi üçün ilkin və əsas yer yəhudilər, xristianlar və müsəlmanlar üçün eyni əhəmiyyətə malik Qüds şəhəridir .
Klubun iclaslarının xronikasının nəşri və yayılması planlaşdırılır.
Klubun açılışı yanvarın 14-də saat 18:00-da Qüds rus kitabxanasında olacaq (ünvan Aqrippas 88 (Şukanyon).—0—
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 294
-
- Bazarların icmalı,
- 14:22
- 244
Rəy yaz