VCMK Xədicə İsmayılovanın azad edilməsini tələb edib
Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi (VCMK) çərşənbə günü növbəti iclasında jurnalist Xədicə İsmayılova barəsində 7,5 il müddətinə azadlıqdan məhrumetmə hökmünü pisləyib. İclas iştirakçıları hökmü jurnalistə qarşı ləkəyaxma və təzyiq kampaniyasının məntiqi davamı adlandırıblar və onun azad edilməsini tələb ediblər.
Həmçinin jurnalist Rasim Əliyevin qətli üzrə istintaqın gedişi məsələsi müzakirə olunub.
Əliyevin ailəsinin hüquqlarının müdafiəsinə məşhur vəkil Əsabəli Mustafayevin cəlb edildiyi məmnuniyyətlə qeyd edilib.
İclas iştirakçıları həmçinin siyasi məhbusların ailələri ilə əlaqə qurmağı, onların ehtiyaclarını, maddi–mənəvi vəziyyətini öyrənməyi, əldən gələn köməyin göstərilməsini zəruri hesab ediblər.
VCMK cəzaçəkmə müəssisələrində bəzi siyasi məhbuslara qarşı təzyiq haqqında məlumatı həyəcanla qarşılayıb. Bununla əlaqədar olaraq VCMK Penitensiar Xidmətdən bu məhbuslarla görüşə nail olmaq niyyətindədir. -06D-
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz