Bu gün jurnalist Natiq Cavadlı, İzolda Ağayeva və Cavid Abdullayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. Jurnalistlərə göndərilən rəsmi çağırış vərəqəsində hansı cinayət işi üzrə dəvət olunduqları qeyd edilməyib.
Natiq Cavadlı istintaqda 3 saata yaxın dindirilib. Jurnalist Turan-a bildirib ki, müstəntiq Qasım Məmmədov ona avqustun 22-də Mingəçevirdə baş verən insidentlə bağlı suallar verib.
“Müstətiq Mingəçevir hadisələri ilə bağlı qaldırılmış cinayət işi üzrə məni şahid qismində dindirdiyini bildirdi. Mən hadisə zamanı Azərbaycanda olmadığımı və məlumat toplamadığımı dedim”, deyə o qeyd edib.
Jurnalist müstəntiqin suallarının əksəriyyətinin Meydan TV saytı ilə bağlı olduğunu deyib.
“O Meydan TV-nin fəaliyyəti, maliyyə mənbələri və kollektivi barədə çoxsaylı suallar verdi. Mən isə bu media orqanının Azərbaycanda ofisinin və daimi fəaliyyət göstərən kollektivinin olmadığını dedim. Müstətiq Meydan TV-də çap edilən yazılarımın qonorarları ilə maraqlanırdı. Mən azad jurnalist kimi hərdən bu sayta material göndərdiyimi və qonorar almadığımı, yalnız imzam xatirinə bunu etdiyimi müstəntiqin nəzərinə çatdırdım”, deyə Cavadlı qeyd edib.
Jurnalist İzolda Ağayeva isə 3 saata yaxın istintaqda dindirildikdən sonra azad buraxılıb. O, Turan-a deyib ki, müstəntiq Mingəçevir hadisələri üzrə qaldırılmış cinayət işi üzrə dindirildiyini desə də, əsasən Meydan TV, onun maliyyə mənbəyi, bu qurumun rəhbəri Emin Milli, onun harada yaşadığı barədə suallar verib.
Xatırladaq ki, sentyabrın 1-də jurnalist Sevinc Vaqifqızı da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə verib. Jurnalist sulların daha çox Meydan TV ilə bağlı olduğunu deyib. -0-
Cəmiyyət
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz