Novruz Məmmədov Lidinqtona cavab verib
Rəsmi Bakı jurnalist Xədicə İsmayılova barəsində hökmdən sonra hakimiyyətə qarşı yönəlmiş misli görünməmiş beynəlxalq tənqidə cavab verməyə çalışır.
Həmişə olduğu kimi, rəsmi Bakı nümayəndələri özlərinə xas üslubda cavab verərək, göz önündəki faktları inkar edirlər.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov qeyri-adi bacarıqları ilə xüsusilə fərqlənir.
Belə ki, “Azərtac”a Britaniyanın Avropa işləri üzrə naziri Devid Lidinqtonun kifayət qədər təmkinli bəyanatına cavab verən Novruz Məmmədov onu ikiüzlülükdə, məlumatsızlıqda, qərəzli və məkrli olmaqda, Azərbaycanın daxili işlərinə müdaxilədə ittiham edib.
“Azərbaycan müstəqil daxili və xarici siyasəti olan dövlətdir, onun daxili işlərinə qarışaraq qərəzli bəyanatlar verməyə heç kimin hüququ yoxdur”, deyən Novruzov Lidinqtonu səmimi olmamaqda ittiham edib.
Öz növbəsində, XİN-in mətbuat katibi Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin, Böyük Britaniyanın Avropa işləri üzrə nazirinin, Avropa İttifaqının və digər qərb təşkilatlarının bəyanatlarını şərh edərkən məhkəmənin işinə müdaxiləni, Xədicə İsmayılova barəsində hökmün siyasiləşdirilməsini “qəbuledilməz” adlandırıb.
“XİN dəfələrlə bildirib ki, Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunun aliliyi tamamilə təmin edilir. -16/02D-
-
- Cəmiyyət
- 2 Sentyabr 2015 18:51
Siyasət
-
Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Nərimanov Rayon Məhkəməsinin iqtisadçı və siyastəçi Qubad İbadoğlunun bütün əmlakının üzərinə həbs qoyulması barədə qərardadından verilən şikayəti təmin etməyib.
-
Bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru səlahiyyətlərini müvəqqəti icra edəcəyini açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
-
ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Rusiya təcavüzünə qarşı daimi hərbi yardım müqabilində Ukraynadan nadir torpaq elementləri və digər məhsulların tədarükü haqqında sövdələşmə bağlamaq istəyərdi, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Nicat İbrahimov barəsində ittiham aktı oxunub. Prokurorun iddiasına görə, İbrahim Bəhman Əliyev adlı bir şəxsə bıçaq xəsarəti yetirib. İbrahim ittihamları təkzib edib və heç kimi bıçaqlamadığını bildirib.
Rəy yaz