Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin Xədicə İsmayılova barəsində məhkəmə hökmü ilə bağlı bəyanatı
Çərşənbə axşamı, sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi məşhur araşdırmaçı jurnalist Xədicə İsmayılovanı 7,5 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə onu 179 (mənimsəmə və israf), 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə təqsirli bilib, baxmayaraq ki, bütün ittihamlar məhkəmə dinləmələri zamanı təsdiqini tapmayıb və jurnalist və onun vəkilləri tərəfindən rədd edilib.
Məhkəmənin bu qərarı gözlənilən idi, çünki işin əsli siyasi idi və hakimiyyətin ali eşelonlarında korrupsiya faktlarını araşdıran İsmayılovanın fəaliyyətini neytrallaşdırmaq məqsədi daşıyırdı.
İsmayılovanın həbsi üçün əsas olmuş 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə jurnalistə bəraət verilməsi ədalətli mühakimə ilə heç bir əlaqəsi olmayan prosesin sifarişli olduğunu açıq-aşkar göstərir.
İsmayılovanın fəaliyyəti və son illər onun məruz qaldığı təqiblər, o cümlədən hökumətyönlü və hökumətə yaxın KİV-lərdə çirkin yalan və böhtan kampaniyası ilə müşaiyət olunan şəxsi həyatına müdaxilə də ona qarşı yüksək səviyyədə münasibətin nümunəsidir.
Keçən məhkəmə prosesi də, məhkəmənin hökmü də İsmayılovaya qarşı çirkin kampaniyanın apofeozudur və təkcə məhkəmə sistemi və dövlətin deyil, bütünlükdə cəmiyyətin nüfuzuna qara ləkə vurur.
Azərbaycan hakimiyyəti insanların yalnız azad düşünmək və öz fikrini ifadə etmək hüquqlarını qoruduqlarına görə onlara qarşı dəhşətli təqib təcrübəsinə son qoymalıdır.
Biz hakimiyyəti Xədicə İsmayılovaya qarşı siyasi motivli hökmü ləğv etməyə, onu azad etməyə və jurnalistə cəmiyyətin bu qədər ehtiyacı olduğu işini davam etdirməsinə imkan verməyə çağırırıq.
Biz həmçinin hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı təzyiqə son qoymağa və ölkənin ədalətli cəmiyyət və demokratik dövlət ideyalarına sadiq olan vətəndaşları ilə dialoqa başlamağa çağırırıq.-0-
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz