Ukrayna prezidenti dünyanı Rusiyaya qarşı birləşməyə çağırıb
Ukrayna prezidenti Petr Poroşenko bütün dünya ölkələrini Rusiyaya qarşı mübarizədə birləşməyə çağırıb, bu barədə Ukrayna liderinin İkinci Dünya Müharibəsinin başa çatmasının 70-ci ildönümü ilə əlaqədar dünya ictimaiyyətinə müraciətində deyilir.
“Rusiya Federasiyası çəkinmədən beynəlxalq hüququ tapdalayıb, Krımı ilhaq edib və Donbasda silahlı münaqişə yaradıb, bu gün yenidən Avropa və dünya təhlükəsizliyi sistemini pozur”, deyən Poroşenko qeyd edibki, “Rusiya təcavüzü təkcə Ukrayna üçün deyil, həm də bütün sivil dünya üçün təhlükə yaradır”.
“İkinci Dünya Müharibəsinin qanlı dərsləri əbəs olmamalıdır. Təcavüzkarı yalnız birgə səylərlə dayandırmaq olar, 70 il əvvəl olduğu kimi”, deyə müraciətdə bildirilir.
Rusiya “suveren Ukraynaya qarşı elan edilməmiş “hibrid” müharibəsinə başlayıb”, bununla əlaqədar olaraq “demokratik dünya dağılmış beynəlxalq nizam-intizam sisteminin bərpası və beynəlxalq hüquqa etibarın bərpa edilməsi üçün maksimum səy göstərməlidir”, deyə müraciətdə bildirilir. -02D-
-
- Cəmiyyət
- 2 Sentyabr 2015 17:45
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz