Vəkil Baş Prokurorluğa qarşı iddia qaldırıb
Bakı/27.03.18/Turan: Vəkil Yalçın İmanov Baş Prokurorluğu məhkəməyə verib. Səbəb onun hüquqlarını müdafiə etdiyi şəxslərə işgəncə verilməsi haqda prokurorluğa göndərdiyi müraciətə 10 ay ərzində cavab ala bilməməsi, çıxarılan qərarların ona verilməməsidir.
İddia ərizəsi martın 27-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Aqil İsmayılov və Bəhruz Əsgərovun (hər ikisi Nardaran hadisələrində həbs olunub-red.) işgəncələrə məruz qalması, ləyaqətlərinin alçaldılması haqda şikayətləriylə əlaqədar 2017-ci il iyunun 10-da Baş Prokurorluğa məktubla müraciət edib. Amma bu günə qədər prokurorluqdan heç bir cavab almayıbş
"Sonradan şifahi şəkildə mənə dedilər ki, araşdırma aparılıb və cinayət işinin başlanması rədd olunub, prokurorluğa yazılı şəkildə müraciət edib qərarların surətini ala bilərəm. Oktyabrın 20-də Baş prokuror Zakir Qaralova yazılı qaydada müraciət edib qərarların surətini istəmişəm. Nəticəsi olmadığına görə dekabrın 25-də bir daha Qaralova məktub göndərmişəm. Yenə də heç bir nəticə yoxdur. Bu gün işi aparan prokurorlat heç bir əsas olmadan qərarı verməkdən imtina ediblər.
Baş Prokurorluğun daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov isə "sənin vəkillik fəaliyyətin dayandırılıb, ona görə də qərarlar sənə verilməyəcək" dedi", - vəkil bildirib.
Y.İmanov qərarların ona verilməməsini qanunsuz hesab edir: "Vəkillik fəaliyyətimə xitam verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olana qədər vəkil hesab edilirəm. Üstəlik, vəkillik fəaliyyətimin dayandırılması müştərilərim qarşısında öhdəliyimi aradan qaldırmır. Mən Avropa Məhkəməsində həmin şəxsləri təmsil edirəm".
Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi isə avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.
Y.İmanov Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahatına və Qobustan həbsxanasında müvəkkilinin üzərində gördüyü xəsarətlərə əsaslanaraq, mətbuata açıqlamasında onun işgəncəyə məruz qalmasından danışıb.
Beynəlxalq Vəkillər Assosiasiyası İnsan Hüquqları İnstitutu (IBAHRI) vəkilin kənarlaşdırılmasını pisləyib və hakimiyyəti onun hüquqlarını təmin etməyə çağırıb.-06D-
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz