Müxalifət 31 mart mitinqinə hazırlaşır
Bakı/27.03.18/Turan: "Müxalifət qüvvələrinin martın 31-də keçirilməsi nəzərdə tutulan mitinqinə hakimiyyətin icazə verməməsi üçün heç bir əsas yoxdur", -Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Nurəddin Məmmədli Turan-a bildirib.
Onun sözlərinə görə, mitinqin tezislərindən biri 1918-ci ilin martında Azərbaycan xalqına qarşı baş vermiş soyqırımla bağlıdır: "Qarşıdakı mitinqin hədəflərindən biri həm də xalqın tarixində baş vermiş bu hadisənin unudulmasının qarşısını almaqdır".
N.Məmmədli deyib ki, 31 mart Azərbaycan xalqının soyqırım günüdür deyə aksiyaya icazə verməməsi iki-üç qat ağırlığı ilə hakimiyyətin özünə qayıda bilər: "Ona görə də düşünmürəm ki, hakimiyyət aksiyaya icazə verməsin".
Müsavat Partiyası Mərkəzi icra Aparatının rəhbəri Gülağa Aslanlı da hesab edir ki, aksiyanın 31 mart -Azərbaycanlıların Soyqırım Gününə təsadüf etməsinə görə hakimiyyətin mitinqə icazə verməməsinə əsas yoxdur: "Biz 31mart gününü də bu aksiyada yad edəcəyik, 100 il öncə xalqımızın həyatında baş vermiş qanlı hadisəni dəyərləndirəcəyik".
G.Aslanlı vurğulayıb ki, istənilən halda ölkədə 11 aprel prezident şeçkilərilə bağlı təbliğat mərhələsi başlayıb, odur ki, ölkədə bu prosesə də münasibət ifadə ediləcək: "Demək istəyirəm ki, hakimiyyətin aksiyaya icazə verməməsinə heç bir səbəb yoxdur".
Xatırladaq ki, 1918-ci il martın 31-də Bakıda, eləcə də Azərbaycanın rayonlarında erməni-bolşevik silahlı birləşmələri azərbaycanlıaraq arşı qətliam törədiblər, bu hadisələr zamanı 30 minə yaxın insanın qətl edildiyi deyilir. -05B06--
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz