Vəkil Rüfət Səfərovun müdafiəsinə görə təqib olunur
Baş prokurorun birinci müavini Rüstəm Usubov vəkil Bəhruz Bayramlının barəsində Vəkillər Kollegiyasına şikayət verib.
Vəkil hesab edir ki, prokurorluq onu Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, rüşvət almaqla bağlı uydurma ittiham ilə mühakimə olunan Rüfət Səfərovun müdafiəsi prosesindən kənarlaşdırmaq istəyir.
“Məhkəmə göstərdi ki, prokurorluğun Səfərovun günahı ilə bağlı sübutu yoxdur. Odur ki, prokurorluq Səfərovu müdafiədən məhrum etmək istəyir”, - vəkil Turan-a bildirib.
Xatırladaq ki, prokurorluğun şikayətinə Qubadlı rayon prokurorunun keçmiş köməkçisi Adil Məmmədovun müraciəti səbəb olub. Belə ki, A.Məmmədov vəkil B.Bayramlını onun R.Səfərovla əlaqələrinə görə prokurorluqdan çıxarmaları barədə mətbuata məlumat verməkdə ittiham edib.
A.Məmmədov bu cür yazıları gah təhqir, gah da böhtan sayaraq hakimiyyətə şikayət etmək qərarına gəlib. Halbuki, elə bu hakimiyyətin əlindən ABŞ-a qaçıb.
“Mən Adil Məmmədov haqda mətbuata heç nə deməmişəm. Bu barədə ilk dəfə Gunusesi.az saytı məlumat yayıb. Bu saytın rəhbərliyi bildirib ki, həmin informasiyanı məndən almayıb”, - vəkil qeyd edib.
9 il mühakimə olunmuş R.Səfərov da bununla bağlı Vəkillər Kollegiyasına müraciət yazaraq A.Məmmədovun ittihamlarını rədd edib.
Xatırladaq ki, R.Səfərov yanvar ayında həbs olunub və prokurorluq orqanlarındakı özbaşınalıq barədə bəyan etdikdən sonra bu ilin sentyabrında azadlıqdan məhrum edilib. O, işdən çıxarılıb və ona qarşı cinayət işi qaldırılıb. Məhkəmədə R.Səfərovun günahı sübuta yetirilməyib. Hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.
Turan-ın Baş Prokurorluğun mətbuat xidmətindən şərh almaq cəhdi nəticəsiz qalıb. -02D-
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 13:34
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 13:43
Cəmiyyət
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
Rəy yaz