31 dövlət əmlakı özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə oktyabrın 25-də növbəti hərracı keçirib.
Bu dəfəki hərracda 31 dövlət əmlakı özəlləşdirilib. Hərracda satılmış əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub. Məlumatı qurumun mətbuat xidmətində Turan-a veriblər.
Hərracda satılmış kiçik dövlət müəssisə və obyektlərindən 6-sı paytaxtda, 2-si Sumqayıt şəhərində, 3-ü Şəmkirdə, 2-si Gədəbəydə, 1-i Xaçmazda, 2-si isə Gəncə şəhərində yerləşir. Bu əmlakların 9-u ticarət obyekti, qalanları isə xidmət və ictimai iaşə sahəsinə aiddir.
Özəlləşdirilmiş 3 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı Bakı şəhərində yerləşir..
Xatırladaqki, növbəti hərrac noyabrın 1-də keçiriləcək və satışa 101 dövlət əmlakı çıxarılıb. 08В
-
- Cəmiyyət
- 25 Oktyabr 2016 13:37
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 14:22
İqtisadiyyat
-
Azərbaycanın dövlətə məxsus enerji şirkəti SOCAR, Avropaya tədarük marşrutlarını şaxələndirmək məqsədilə beynəlxalq qaz layihələrində iştirakını gücləndirir. 2025-ci ilin yanvar ayında şirkət İsrailin Tamar qaz yatağının 10%-lik payını əldə etdi. Bu yataq təxminən 300 milyard kubmetr (bcm) təbii qaz ehtiyatına malikdir və nəhəng Leviathan yatağının yaxınlığında yerləşir. Tamar, Aralıq dənizinin şərq hissəsindən qaz ixracını genişləndirmək üçün əsas mənbə hesab olunur.
-
Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları, Xətai Park Servis idarəetmə şirkətinə qarşı məhkəmədə sakinlərin maraqlarını təmsil etmək üçün Gəncə prospekti, 58b ünvanında yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən seçilmiş Saday Sarkarovu saxlayıb.
-
Qazaxıstanın büdcə aviaşirkəti FlyArystan yay mövsümündən əvvəl Bakı-Astana-Bakı marşrutu üzrə aviabilet satışına başlayıb, şirkətin mətbuat xidməti bazar ertəsi bildirib.
-
Fevral ayının sonunda Pakistan və Azərbaycan hökumətlərinin 2 milyard dollarlıq sərmayə müqaviləsi imzalaması gözlənilir ki, bu müqaviləyə SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə bir neçə layihə də daxil olacaq. Turan informasiya agentliyinin verdiyi məlumata görə, yanvar ayında İslamabad və Bakıda müzakirə olunan enerji əməkdaşlığı layihələri müqavilədə yer alacaq. Bu layihələr arasında enerji səmərəliliyi təşəbbüsləri, boru kəmərinin tikintisi və SOCAR-ın Pakistanda yeraltı qaz anbarlarının yaradılması layihələrini araşdırmaq niyyəti yer alır. Həmçinin, Pakistan tərəfindən ölkədəki neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı ilə bağlı təqdim olunan sənədlər də bu müqaviləyə daxil olacaq.
Rəy yaz