Dollar bahalanacaq – ekspert
Manatın ucuzlaşması davam edəcək, deyə iqtisadçı Qubad İbadoğlu düşünür.
Turan-ın məlumatına görə, ekspert «Facebook» səhifəsində qeyd edib ki, manatın ucuzlaşmasını şərtləndirən amillər getdikcə daha fəallaşır.
Onun sözlərinə görə, bu amillər Yeni ilə qədər olan müddətdə fəal olacaq.
Ekspert səbəblərdən biri kimi “Bank Standard”ın bağlanmasını göstərir. O xatırladıb ki, 603 milyon manat məbləğində əmanətlərin 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edir.
«Kompensasiya manatla verilir, bu isə valyuta bazarında dollar tələbatı qaldıracaq», deyə o hesab edir.
Qubad İbadoğlunun fikrincə, SOCAR-ın istiqrazları dövriyyədə olan və valyuta bazarında manata dəyişdirilən valyuta vəsaitinin bir qismi onun sahiblərinin sərəncamından çıxarılıb. Bu amil valyuta bazarına çıxarılan şəxsi valyutaların həcmini aşağı salıb və dolların təklifini azaldıb.
«Üçüncüsü, bu müddət ərzində dövlət büdcəsinin neft gəlirlərindən asılılığnın azaldılması siyasətinin davamı edəcəksə Dövlət Neft Fondunun bazara valyuta çıxaracağının azalacağı gözlənilir. Bu isə valyuta təklifinini aşağı salınmasına ciddi təsir göstərəcək digər başqa amilləri gücləndirəcək», deyə o yazır.
Qubad İbadoğlu digər səbəblər kimi ilin sona yaxınlaşması ilə əlaqədar olaraq, şirkətlərin, bankların və dövlətin xarici borc öhdəliklərinin icrasına yönəldəcəyi valyuta həcminin artmasını, FED-in gözlənilən toplantısında uçot dərəcəsinin artırılması ilə bağlı müsbət qərar vermə ehtimalının manata olan psixoloji təzyiqlərini göstərib.
Qeyd edək ki, oktyabrın 17-dən dollar bahalanmağa başlayıb və məzənnə 1,5970 manatdan 1,6211 manata artıb. –71D-
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 13:43
-
- Cəmiyyət
- 25 Oktyabr 2016 14:25
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz