Dövlət qurumları büdcə xərcləri barədə məlumatları dərc etmirlər
Mərkəzi hakimiyyət orqanlarında şəffaflığın səviyyəsinin artırılmasına baxmayaraq, onlar dövlət büdcəsinin vəsaitlərinin xərclənməsi, tenderlər, dövlət satınalmaları, işçilərin əməkhaqları barədə tam məlumatları açıqlamırlar. Bu haqda bu gün mərkəzi və yerli icra orqanlarının və dövlət şirkətlərinin informasiya açıqlığına həsr olunmuş “dəyirmi masa”da bildirilib.
İştirakçılar 2016-cı il iyunun 1-dən oktyabrın 15-dək olan dövr üçün dövlət qurumlarının saytlarının monitorinqinin nəticələrini təqdim ediblər. Layihə “Multimedia” Mərkəzi tərəfindən həyata keçirilib.
Bu QHT-nin rəhbəri Osman Gündüzün sözlərinə görə, qiymətləndirmə 60 parametri əhatə edən 13 blok məsələ üzrə aparılıb.
Daha çox şəffaflıq Vergilər Nazirliyində müşahidə edilib. Nazirliyin saytında informasiyanın 79,1%-i yerləşdirilib.
İkinci və üçüncü yerlərdə Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası (78,5 %) və Dövlət Neft Fondu (78,2%) gəlir.
Autsayderlər qrupunda aşağıdakı güc strukturları yer alıb: Müdafiə Nazirliyi, Səfərbərlik üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti. Ən pis vəziyyət AZAL QSC-dədir (32,1%).
70 mərkəzi icra hakimiyyəti orqanı və dövlət şirkətində orta şəffaflıq 61,5%-dir. Ötən il 56% təşkil edib.
68 rayon və şəhər icra hakimiyyəti orqanında online şəffaflıq cəmi 14,5% təşkil edib ki, bu da ötən ildə olduğundan 0,5% pisdir.
O.Gündüz qeyd edib ki, hətta reytinqdə yüksək yerlər tutan saytlarda belə büdcə vəsaitlərinin xərlənməsi, tenderlər və dövlət satınalmaları haqda məlumatlar çox azdır.
Hesabatda əksini tapan tövsiyələrdə vəziyyətin düzəldilməsi ilə bağlı təkliflər yer alıb.
Hüquq sahəsində ekspert Ələsgər Məmmədli diqqəti ona yönəldib ki, 2016-cı il martın 1-də qüvvəyə minən İnzibati Xətalar Məcəlləsində vətəndaşların informasiya hüququnun pozulmasına, informasiya açıqlığının vəzifəli şəxslər tərəfindən təmin olunmamasına görə məsuliyyət tədbirləri ləğv edilib. Bu, online şəffaflığa mənfi təsir göstərə bilər. O, sözügedən normaların bərpasını təklif edib.
Mətbuat Şurasının üzvü Azər Həsrət rayon icra hakimiyyəti orqanlarında şəffaflığın aşağı olmasını pisləyib, onları prezidentin siyasətini sabotaj etməkdə ittiham edib.
Tədbirdə ekspertlər, QHT nümayəndələri və dövlət orqanlarının əməkdaşları iştirak ediblər.—06C-
-
- İqtisadiyyat
- 25 Oktyabr 2016 14:22
-
- Cəmiyyət
- 25 Oktyabr 2016 14:58
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz