Xədicə İsmayılova dünyanın 100 qadını arasında – BBC
BBC-2016-cı ildə dünyada tanınmış 100 qadının siyahısını açıqlayıb.
Dünyanın müxtəlif öılkələrini əhatə edən bu siyahıya mədəniyyət, din, elmvə tüxnika, biznes, səhiyyə, idman, insan haqları ,jurnalistika və siyasi sahələrdə çalışan və mübarizə aparan tanınmış qdınların adları düşüb.
Siyahıda azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayılova da var.
Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə CM-nin 125-ci maddəsilə bəraət verilsə də, o, vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə də jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.
X.İsmayılova ittihamları rədd edir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.
Onunla yanaşı BBC-nin siyahısında irqçiliyə qarşı mübarizə aparan ABŞ-lı pedaqoq, fəal və feminist Jane Elliott, Fransada müsəlman qadınlar və azlıqlara yol açan keçmiş ədliyyə naziri Rəşidə Dati, Rusiya xarici işlər nazirliyinin sözçüsü, siyasi xadim və diplomat Mariya Zaxarova, Bəlucistanın Pakistandan ayrılaraq müstəqil olması uğrunda mübarizə aparan siyasi fəal Karima Baloch kimi tanınmış qadınların adları var. -16D-
-
- İqtisadiyyat
- 21 Noyabr 2016 17:24
-
- Söz istəyirəm
- 21 Noyabr 2016 18:11
Cəmiyyət
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
Rəy yaz