- Söz istəyirəm
- 21 Noyabr 2016, 18:11
- 212
Əziz dostlarım Oqtay bəy, Elşən bəy!
Həbsdə qalan qardaşlarım, oğullarım!
Bu gün bizim 160 addan ibarət siyahımız Foundation Max van der Stoel saytına yerləşdirilib! Mənim şərhlərimin də yer aldığı bütün siyahı:
Bu fond Niderlandda aparıcı siyasi partiya – Sosial-Demokrat Partiyası tərəfindən təsis edilib. Fondun iş istiqamətləri: Demokratiya, İnkişaf, Dialoqdur. Fond Aİ ilə həmsərhəd ölkələrdə demokratikləşmə məsələləri ilə məşğul olur. O, 20-dən çox ölkədə fəal şəkildə işləyir, siyasi vəziyyətin, insane hüquqları sahəsində vəziyyətin monitorinqini təşkil edir. Fond həmçinin Avropada social-demokrat partiyalarını və təşkilatlarını birləşdirən Avropa Demokratiya və Həmrəylik Forumunun katibliyi funksiyasını yerinə yetirir. Fondun devizlərindən biri: “Məqsədimiz hamının inkişaf üçün eyni imkanlara malik olduğu bir dünyadır”.
Azərbaycan Aİ Avropa Şurasının Azərbaycanla hərtərəfli saziş haqqında danışıqlar aparılması üçün mandat ayrılması haqqında 14 noyabr tarixli qərarını alqışlayır. Asim Mollazadə və K. nümayəndə heyəti Strasburqa gəlir.
Adları noyabrın 15-də elan olunan 160 siyasi məhbus isə həbsdə qalır.
Gənclər, İkinci Dünya Müharibəsi tarixindən sitat gətirməyə bilmirəm: “Uran əməliyyatı başa çatıb. Marşal Paulsun ordusu darmadağın edilib...”
Sizin Leyla Yunus
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz