Avropa İttifaqı növbəti dəfə Bakını İlqar Məmmədovu azad etməyə çağırır
Avropa İttifaqı Azərbaycan hökumətini müxalifətçi İlqar Məmmədovu azad etməyə və Avropa Şurasının üzvü kimi öz öhdəliklərini yerinə yetirməyə çağırır.
Aİ-nin 21 noyabr tarixli bəyanatında deyilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öz öhdəliklərinə əməl etməyə və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə “borcludur”.
“Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədovun apellyasiya şikayətini təmin etməkdən imtina eməsi Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-cü il qərarına ziddir”, - bəyanatda vurğulanır.
Bu, Aİ-nin REAL Hərəkatının lideri, uydurma ittihamla həbs olunan İlqar Məmmədovun işi üzrə birinci bəyanatı deyil.
Ötən gün AŞ baş katibi Tornbörn Yaqland da hakimiyyətin İ.Məmmədovu azad etməməsini pisləyib.-02d-
-
- Söz istəyirəm
- 21 Noyabr 2016 18:11
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz