Ölkə gündəmi: Ramiz Mehdiyevə qarşı səlib yürüşü; ölkədən çıxarılan milyonlar... – Arif Hacılı “Çətin sual" qarşısında
Həftənin ən səs-küylü mövzusu deputat Cavanşir Feyziyevin London məhkəməsi tərəfindən həbs qoyulmuş milyonlarıdır. Dünyanın nüfuzlu mediaları bu haqda yazılar dərc etsə də, Baş prokurorluq bu milyonların Azərbaycandan necə çıxarılmasını araşdırmaq niyyətində deyil. Səbəb nədir?
Bu həftə həm də o məlum ki, daha bir deputat İqbal Məmmədovun Kaspi Yıldız şirkətinin dövlətə 10 milyon vergi borcu var.
Gündəmdə olan bu və digər məsələlər barədə Müsavat partiyasının başqanı Arif Hacılı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Çətin sual
-
Tramp administrasiyasının USAİD-lə bağlı iddiaları, bu iddialara Azərbaycanın hökumətyönlü mediasının qoşulması və səslənən ittihamların əsaslı olub- olmaması barədə REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərində iştirak 31,45 faiz təşkil edib. Bu barədə MSK-dan məlumat verilib.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti yoxdur.
-
Son günlər Azərbaycanın hökumətyönlü mediasında xeyli təəccüb və sual yaradan - Rusiyaya qarşı aparılan ənənədən uzaq olan propaqanda, Rus evində casus axtarışı, Milli Şuranın Rusiya ilə bağlamaq cəhdləri barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz