Boris Conson Böyük Britaniyanın baş naziri olacaq
Bakı/23.07.19/ Turan: Böyük Britaniyanın keçmiş XİN rəhbəri Boris Conson Mühafizəkarlar Partiyasının lideri seçilib. Bu o deməkdir ki, bundan sonra o, ölkənin baş naziri postunda Tereza Meyi əvəz edəcək, "Kommersant" yazır.
B.Consona 92 minə yaxın tərəfdarı səs verib, onun əsas rəqibi, hazırkı XİN rəhbəri Ceremi Hanta isə 46 minə yaxın adam səs verib. Seçkilər poçt səsverməsi formasında keçirilib.
Qələbədən sonra yeni partiya lideri bildirib ki, oktyabrın 31-dək Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosedurunu (Breksit) başa çatdıracaq. B.Conson dəfələrlə bəyan edib ki, əgər oktyabrın sonunadək bu, mümkün olmasa Böyük Britaniyanın sazişsiz Aİ-dən çıxmasına tərəfdardır.
Mayın 24-də Britaniyanın baş naziri Tereza Mey istefa verib. Onun qərarının mümkün səbəblərindən biri hökumətin xanım Meyin təqdim etdiyi "Breksit" üzrə sövdələşmə variantını dəstəkləmək istəməməsi ola bilərdi.0-
-
- Cəmiyyət
- 23 İyul 2019 16:00
-
- İqtisadiyyat
- 23 İyul 2019 16:22
Dünyada
-
Humanitar işçilər, diplomatlar və qanunvericilər son günlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyində (USAID) baş verən ciddi pozuntuların səbəbini anlamağa çalışırlar. Agentliyin veb saytı əlçatan deyil, bəzi əməkdaşlar iş sistemlərinə giriş imkanını itirib və 100-dən çox işçi inzibati məzuniyyətə göndərilib, Reuters-ə məlumat verən mənbələr bildirib.
-
Armen Sarkisyan, həmçinin Armen Qorlovski kimi tanınan şəxs, Moskvanın şimal-qərbində yerləşən elit “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alaraq reanimasiyada dünyasını dəyişib. Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələr İnterfaksa məlumat verib.
-
Ukraynada müharibənin 2022-ci ildə başlanmasından bəri Gürcüstanın Avropaya neft ixracı 15 dəfə artıb, lakin Rusiya dəniz və dəmir yolu vasitəsilə ölkənin ən böyük neft tədarükçüsü olaraq qalır. Bununla belə, Gürcüstana idxal edilən Rusiya nefti ölkənin rəsmi statistikasında qeydə alınmır. Bu barədə yanvarın 22-də Gürcüstanın iFact media qurumu tərəfindən dərc edilən araşdırma hesabatında bildirilir.
-
İsveçdə Quran nüsxələrini yandıraraq mübahisələrə səbəb olan iraqlı xristian qaçqını Salvan Momikanın ölümündən cəmi bir neçə gün sonra Danimarkanın ultra-sağçı siyasətçisi Rasmus Paludan yenidən İslamın müqəddəs kitabını təhqir edib.
Rəy yaz