Bayıl istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Bakı/23.07.19/Turan: Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirib ki, velosiped idmanı üzrə yarışların keçirilməsi ilə əlaqədar 23 iyul saat 16:00-dan 20:00-dək Salyan şossesinin 14 km.-dən Bibi-Heybət məscidinə qədər nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Bundan əlavə, iyulun 24 və 25-də saat 09:00-dan 13:00-dək və saat 16:00-dan 20:00-dək "Azneft" dairəsindən Salyan şossesinin 14 km.-nə qədər, həmçinin Bayıl qəsəbəsi istiqamətində küçə və prospektlərdə nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılacaq.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən alternativ yollardan isfifadə etməyi xahiş edir. -06D-
Cəmiyyət
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
-
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparmaq dayandırıla bilər. Yerli mediada yayılan məlumatlara görə, bununla bağlı fevralın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danışıb. Qurumun sədrinin sözlərinə görə, bu proses tamamilə qadağaya səbəb ola bilər: "Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil".
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz