
Bakı/23.07.19/Turan: Çərşənbə günü Bakıda və Abşeronda yağıntı olmayacaq, mülayim şimal küləyi əsəcək. Gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 30-34 dərəcə isti olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorolgiya Departamenti məlumat verib.
Abşeron çimərliklərində də hava küləkli olacaq. Dəniz suyunun temperaturu 23-25 dərəcə olacaq.
Azərbaycanın rayonlarında əsasən yağıntı gözlənilmir. Ancaq axşama doğru bəzi dağ rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolü düşəcəyi ehtimalı var.
Çərşənbə günü aran rayonlarında havanın temperaturu 34-39, dağlarda 20-25 dərəcə isti olacaq.
Meteohəssas insanlar üçün proqnoz əlverişlidir - mülayim xəzri onların səhhətinə yaxşı təsir göstərəcək. -06D--
Rəy yaz