2008-ci ildən ərzaq 19,3% bahalanıb
Son altı ildə ölkədə ərzaq 19,3% bahalanıb.
Artım təxminən belədir: 2009-cu il (-14,6%), 2010-cu il (+9%), 2011-ci il (+4,3%), 2012-ci il (+2,1%), 2013-cü il (+2,8), 2014 (+3,5%). Son 6 ildə mal əti 14,3%, qoyun əti 25%, balıq məhsulları 45%, şəkər tozu 18,5%, qənd 68%, qatıq 25%, yerli pendir 29,4%, şirniyyat 11,6%, kartof 50% bahalanıb.
Xama 100% bahalanıb. Soğan 2013-cü ildə 1 manat olub, indi 2008-ci ildəki qiymətə - 0,5 manatadır.
Ekspertlər hesab edir ki, 6 ildəki bahalanma daxili və xarici amillərlə bağlıdır. İnflyasiya, idxalın, yanacağın bahalanması ilə yanaşı inhisarçılıq da işini görür.
Ekspertlərin biri belə deyib: “Ən vacib amillərdən biri inhisarçılıqdır. Bayram süfrələrindəki ərzağın çoxunu inhisarçı qiymətlərlə alırıq. Bunun qarşısı alınmasa, bayram süfrəsinin xərcləri ilbəil artacaq”.—0—
-
- Siyasət
- 31 Dekabr 2014 11:33
-
- Foto sessiyalar
- 1 Yanvar 2015 13:30
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Rəy yaz