2015-ci ildə Neft Fondunun vəsaitləri $3,6 mlrd azalıb
Dövlət Neft Fondu 2015-ci ilin yekunları ilə bağlı illik büdcəsinə və ehtyatlarının vəziyyətinə dair məlumatları açıqlayıb. Ötən il ARDNF-nin vəsaitləri $3,6 mlrd azalaraq 2016-cı ilin əvvəli üçün $33,5 mlrd təşkil edib.
2015-ci ildə Neft Fondunun büdcə gəlirləri 7.3 milyard dollar olub. Bu, 2014-cü ildəkindən $8,8 mlrd azdır. Ötən il Fondun büdcə xərcləri 8.7 milyard dollar (2014-cü ildə 12.8 milyard dollar) təşkil edib.
ARDNF yaradılandan (2000-ci il) onun büdcəsi heç zaman kəsirli olmamışdı. Fond 2015-ci ildə Fondun bücəsində 1.4 milyard dollar kəsir yaranıb. Neft Fondunun valyuta ehtiyatlarının azalması valyuta və başqa (daşınmaz əmlak, qızıl) aktivlərin dəyər itirməsi ilə bağlıdır. 08D
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı günü ölkənin azad olunmuş ərazilərində dövlət idarəçiliyi və bərpa xidmətlərinə dair əvvəlki prezident fərmanlarına dəyişikliklər edilməsi ilə bağlı fərman imzalayıb. Bu dəyişikliklər, həmin regionların idarə edilməsi və bərpası üzrə vəzifələrin dəqiqləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılmasına yönəldilib.
-
Azərbaycanın Energetika Nazirliyi Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurasının 11-ci iclası və "Yaşıl Enerji" Şurasının üçüncü nazirlər toplantısının keçirilməsi üçün hazırlıqlara başlayıb.
-
Nazirlər Kabineti, ixracatçıları və investorları 2025-ci ildə dəstəkləmək məqsədilə ölkənin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən göstəriləcək xidmətlərin ətraflı siyahısını təsdiq edib. Qərar 22 yanvar 2025-ci il tarixində qəbul edilmiş 11 nömrəli Qərarla rəsmiləşdirilib.
-
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov yanvarın 23-də Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının rəhbəri Anna Bordon ilə ölkənin əsas iqtisadi prioritetlərini müzakirə etmək üçün görüş keçirdi. Görüşdə makroiqtisadi problemlərin həlli, etibarlı pul-kredit siyasəti islahatlarının həyata keçirilməsi və orta müddətli perspektivdə maliyyə sektorunun sabitliyinin təmin edilməsi istiqamətində birgə səylər vurğulandı.
Rəy yaz