Konqresmen Smit ATƏT və ABŞ-ı Azərbaycanda siyasi məhbuslar məsələsinin həllinə çağırır
Nüfuzlu amerikalı konqresmen Kristofer Smit ATƏT rəhbərliyini, həmçinin ABŞ hökumətini prezident İlham Əliyevlə görüşlərdə Azərbaycanda siyasi məhbuslar və mətbuat azadlığının boğulması məsələsini qaldırmağa çağırıb.
“Mən Bakıda iki dəfə prezident Əliyevlə görüşmüşəm və ümid edirəm ki, Vaşinqtonda da onunla görüşəcəm”, - Smit Turan-ın Vaşinqton müxbirilə söhbətində İ.Əliyevin martın sonlarında nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün ABŞ-a gözlənilən səfərini şərh edərkən bildirib.
Helsinki Komissiyasının rəhbəri və “Azərbaycan Demokratiya Aktı”nın sponsoru olan Smit bu sənədin anlamının perspektivləri haqda sualın cavabında deyib: “Biz bu qanun layihəsinə çox ciddi yanaşırıq. Biz İlham Əliyevi və onun hökumətini inandırmağa çalışırıq ki, jurnalistlərə və müxalifətçilərə qarşı repressiyalar yaxşı yol deyil”.
ABŞ Azərbaycanın və onun hökumətinin yaxın dostu olmaq istəyir. “Dostlar bir-birinə imkan verməməlidir ki, insan hüquqları pozulsun. Yüzə yaxın siyasi məhbusun olduğu halda, sadəcə, səhifəni çevirmək olmaz. Və bu rəqəm getdikcə artır”, - konqresmen vurğulayıb.
“Bəzən jurnalistlər elə şeylər yazırlar ki, heç birimizin xoşuna gəlmir. Əgər məlum olursa ki, sizdə problem sistemli şəkildədir, korrupsiya var, siz jurnalistlərdən yox, korrupsiyadan xilas olmalısınız”, - Smit qeyd edib.
“Azərbaycan Demokratiya Aktı” ötən ilin sonlarında Helsinki Komissiyası tərəfindən təqdim edilib və müstəqil səslərin susdurulmasına görə Azərbaycandan olan yüksək vəzifəli rəsmi şəxslərə ABŞ-a viza verilməməsini nəzərdə tutur.
Bakı bu qanun layihəsini “erməniyönlü” hesab edərək Smiti 1915-ci il “erməni soyqırımı”nın tanınmasının tərəfdarı adlandırır.
“Qanun layihəsi açıqlanana qədər ermənilərin heç bundan xəbəri olmayıb. Sənəddə məqsəd Azərbaycanda əsas insan hüquqlarının müdafiəsidir”, - Smit bununla bağlı deyib.
Çərşənbə axşamı Vaşinqtonda Helsinki Komissiyasının iclasında Kristofer Smit Xədicə İsmayılova və digər siyasi məhbuslarla bağlı ATƏT sədri Frank-Valter Ştaynmayerə göndərilən müraciəti yada salıb.
Müraciətdə Xədicənin və digər məhbusların azadlığa buraxılmasına çağırılır.
“Əgər Azərbaycana getsəniz şəxsən Xədicə ilə görüş istəyin”, - Smitin müraciətində deyilir.
Frank-Valter Ştaynmayerin cavab məktubunda bildirilib ki, Münhen konfransında prezident İlham Əliyevlə görüş olub və o, Azərbaycana qarşıdakı səfəri barədə prezidentə məlumat verib. “Biz Azərbaycanı KİV azadlığına hörmətlə yanaşmağa çağırırıq və ümid edirik ki, bu məsələni həll edəcəyik”, - cavab məktubunda deyilir.-25В-
-
- Cəmiyyət
- 2 Mart 2016 00:05
-
- İqtisadiyyat
- 2 Mart 2016 10:33
Siyasət
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
Rəy yaz